ain.az, Gununsesi saytına istinadən bildirir.
Prezident İlham Əliyevin Gürcüstan səfərindən sonra Azərbaycan-Gürcüstan arasında quru sərhədin açılması məsələsi yenidən gündəmin müzakirə mövzusuna çevrilir.
Belə ki, bir müddət əvvəl belə bu məsələnin gündəmə gəlsənə baxmayaraq, sonradan Azərbaycan tərəfinin mövqeyi səbəbindən aktuallağlnı itirdi.
Hazırda Gürcüstan tərəfinin mövqeyinə görə, danışıqlar zamanı sözügedən bu məsələ də müzakirə olunub.
Bəs görəsən, proses necə sonlacaq?
Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Fazil Mustafa danışıb.
O bildirib ki, əlbəttə, bu məsələlər müzakirə oluna bilər, ancaq indiki halda ehtimal azdır:
“Sərhədlər yanlız bir ölkə ilə nəzərdə tutulub açıla bilməz. Belə olarsa, digər ölkələr də bu məsələni gündəmə gətirə bilərlər. Hazırda qonşu ölkələrimizin bir neçəsində müharibə şəraiti var və buradan gələn riskləri, təhlükəsizlik məsələlərini ölkəmiz nəzərə almalıdır. Lakin Gürcüstanla daha spesifik məsələyə cəhd edə bilərik. Xüsusilə orada yaşayan soydaşlarımızın Bakı ilə əlaqələrinin əlahittəliyini alaraq gəliş-gedişi asanlaşdıra bilərik. Dəfələrlə bu məsələni qaldırmışıq ki, təyyarədən istifadə edə bilməyən yaşlılar, xəstələr var. Hazırda məsələ barəsində bir rəsmi açıqlama yoxdur. Qəti söz söyləmək indidən doğru olmaz. Hər halda bir qərar qəbul olunubsa, bu, o danışıqlarda ifadə oluna bilməz, Azərbaycan tərəfinin hansısa rəsmi qərarı ilə həyata keçirilə bilər. Çünki sərhədləri Gürcüstan bağlamayıb, məsələ bizimlə bağlıdır və Azərbaycan hökuməti bunu təhlükəsizliklə əlaqələndirir. Sonrakı hadisələr də göstərdir ki, burada kifayət qədər əsaslı yanaşma var. Ancaq dediyim kimi, tələbə, xəstə, qohum-əqrəba ünsiyyətini qorumaq üçün güzəştli bir variant tapıla bilər”,- deyə o, həmçinin qeyd edib.
Orxan
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.