RU

Lapid atəşkəsi darmadağın etdi – "Bu, tariximizin ən böyük siyasi fəlakətidir"

İsrailin müxalifət lideri Yair Lapid ABŞ, İran və İsrail arasında əldə olunmuş iki həftəlik müvəqqəti atəşkəs razılaşmasına görə Baş nazir Benyamin Netanyahunu sərt şəkildə tənqid edib.

Musavat.com xəbər verir ki, Lapid özünün "X" (keçmiş Twitter) hesabında bu razılaşmanı İsrail dövləti üçün görünməmiş bir rüsvayçılıq kimi qiymətləndirib. "Tariximiz boyu belə bir siyasi fəlakət baş verməmişdi. Milli təhlükəsizliyimizin mahiyyətinə toxunan qərarlar qəbul edilərkən İsrail hətta danışıqlar masasında belə oturmayıb", — deyə müxalifət lideri vurğulayıb.

Lapid iddia edir ki, Netanyahu hökuməti ABŞ-ın təzyiqləri qarşısında geri çəkilərək İranın bölgədəki hərbi gücünü bərpa etməsinə şərait yaradıb. Müxalifət liderinin bu kəskin bəyanatı İsrail daxilində onsuz da gərgin olan siyasi mühiti daha da alovlandırıb.

Bir tərəfdən cəmiyyətdə raket zərbələrinin dayanmasına görə rahatlıq yaransa da, Lapid və tərəfdarları bu "pauza"nın gələcəkdə İsrail üçün daha ağır bədəllər doğuracağını bildirirlər. Netanyahunun ofisi hələlik bu ittihamlara cavab verməsə də, analitiklər bu atəşkəsin ölkədə növbədənkənar seçkilər və ya kütləvi etiraz dalğası yarada biləcəyini ehtimal edirlər.

Musavat.com

Избранный
18
1
musavat.com

2Источники