RU

Belarusun paytaxtında Gəncə və Minsk avtomobil zavodları arasında yeni saziş imzalanıb

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Belarus dövlət başçısının ölkəmizə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko tərəfindən verilmiş tapşırıqların icrasına uyğun olaraq, iki ölkənın avtomobil istehsalçıları arasında ənənəvi əməkdaşlıq daha da genişləndirilir.

525.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə Gəncə Avtomobil Zavodunda MAZ şassisi bazasında 100 ədəd yeni kommunal texnika yığılması haqqında saziş imzalanıb.

Sənədi Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev və "MAZ" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Valeri İvankoviç imzalayıblar. Kommunal texnika Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə yığılır.

Şazişin imzalanması zamanı bildirilib ki, Gəncə Avtomobil Zavodu ilə Minsk Avtomobil Zavodu arasında əməkdaşlıq Azərbaycan və Belarus arasında dövlət başçıları İlham Əliyev və Aleksandr Lukaşenko tərəfindən əsası qoyulmuş ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə yönəlib.

Gəncə Avtomobil Zavodu ilə Minsk Avtomobil Zavodunun yeni əməkdaşlığı çərçivəsində istehsal olunmuş yeni kommunal texnika 2 mart 2026-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib. Dövlət başçısı tərəfindən verilmiş yüksək qiymət müəssisələr arasında əməkdaşlığın genişləndirilməsinə və yeni müqavilənin bağlanmasına stimul olub.

"İmzalanan sənəd Azərbaycan və Belarus prezidentləri tərəfindən bizə göstərilən yüksək etimadın təsdiqidir. Belarus istehsalçıları ilə əməkdaşlığımız uğurla və səmərəli şəkildə inkişaf edir. Bu əməkdaşlıq müasir keyfiyyət standartlarına və bazar tələblərinə cavab verən məhsulların istehsalına imkan yaradır", - deyə Xanlar Fətiyev bildirib.

İstehsalına başılanılan kommunal texnika Gəncədə hazırlanmış və yığılmış müasir avadanlıqlarla təchiz edilir. Bu texnikanın respublikanın bütün ərazisində şəhər infrastrukturuna xidmət göstərəcəyi nəzərdə tutulur. Layihə ölkənin kommunal texnika parkının yenilənməsinə töhfə verir.

Qeyd edək ki, Gəncə avtomobil istevsalçılarının Belarus həmkarları ilə əməkdaşlığının tarixi 20 ilə yaxınlaşır.

Zakir Muradov, Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
14
525.az

10Источники