Tramp İranla bağlanmış iki həftəlik atəşkəs sazişinə münasibət bildirib.
Azpost.info-nun məlumatına görə, Tramp Yaxın Şərqdəki müharibə haqqında “100 faiz tam qələbə” -deyə bildirib.
O, həmçinin qeyd edib ki, İranın zənginləşdirilmiş uran məsələsi mükəmməl şəkildə həll ediləcək, əks halda atəşkəs razılaşdırılmazdı.
Tramp razılaşma baş tutmazsa, İranın infrastrukturuna zərbə vurmaqla bağlı təhdidlərə qayıdıb-qayıtmayacağını dəqiqləşdirməyib: “Gözləməli və görməlisiniz.”
Bundan əlavə, o, Çinin İranı iki həftəlik atəşkəsə razı salmaqda rol oynaya biləcəyini etiraf edib.