Bakı, 8 aprel, AZƏRTAC
İngiltərənin "Linkoln Siti" klubu 65 ildən sonra Çempionşipə qayıdıb.
AZƏRTAC xəbər verir ki, komanda mövsümün bitməyinə 6 tur qalmış üçünü yerdə olan rəqibi “Bredford Siti” ilə xal fərqini 19-a yüksəldərək, vəsiqəni təmin edib.
"Linkoln Siti", həmçinin ardıcıl 24 oyundur məğlub olmur. Komanda 90 xalla turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisi olan “Kardiff”in 78 xalı var.