10:50 08.04.2026
10:50 08.04.2026
Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək ölüb.
Mynews.az "Report"a istinadən xəbər verir ki, Qobustan rayonu ərazisində yerləşən qış otlaq sahəsində yaşayan, 2017-ci il təvəllüdlü Heybət Heybətli həmin qış otlaq sahəsinin yaxınlığında təbii şəkildə yaranmış gölməçəyə öz ehtiyatsızlığından yıxılması nəticəsində orada boğularaq ölüb.
Hazırda faktla bağlı Qobustan rayon prokurorluğunda araşdırma aparılır.