RU

Tarixi dostluqdan strateji tərəfdaşlığa- ÖZƏL

"Cənubi Qafqazın siyasi və iqtisadi mənzərəsində xüsusi yerə malik olan Azərbaycan və Gürcüstan münasibətləri bu gün artıq sadəcə qonşuluq çərçivəsindən çox-çox irəli gedərək dərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanat bu münasibətlərin həm tarixi köklərini, həm də gələcəyə yönəlmiş güclü perspektivlərini aydın şəkildə ortaya qoyur"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, Filologiya elmləri doktoru Elnarə Akimova deyib: "Əsrlərin sınağından çıxmış Azərbaycan-Gürcüstan dostluğu bu gün də öz möhkəmliyini qoruyub saxlayır. Tarix boyu eyni coğrafiyada yaşayan iki xalq arasında formalaşmış qarşılıqlı hörmət və etimad müasir dövlətlərarası əlaqələrin əsasını təşkil edir. Prezident İlham Əliyevin "qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir" ifadəsi bu münasibətlərin rəsmi çərçivədən kənara çıxaraq səmimi və mənəvi bağlarla möhkəmləndiyini bir daha göstərir. Bu, diplomatik münasibətdən daha çox, ortaq yaddaş və ortaq dəyərlər üzərində qurulmuş bir birlikdir.

Bu gün Azərbaycan və Gürcüstan beynəlxalq müstəvidə də bir-birinə dayaq olan ölkələr kimi çıxış edir. Hər iki dövlət suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı məsələlərində daim prinsipial mövqe sərgiləyərək bir-birini dəstəkləyir. Bu həm də regionda sabitliyin qorunmasına xidmət edən əsas amillərdən biridir. Gürcüstanda müşahidə olunan siyasi sabitlik və davamlı inkişaf Azərbaycan tərəfindən yüksək qiymətləndirilir və bu uğurlar dost ölkənin nailiyyəti kimi qəbul olunur.

İqtisadi əməkdaşlıq isə bu münasibətlərin ən konkret və ölçülə bilən tərəfidir. Ticarət dövriyyəsinin sürətlə artması, qarşılıqlı investisiyaların genişlənməsi iki ölkə arasında etimadın real nəticələrini göstərir. Azərbaycanın Gürcüstan iqtisadiyyatına qoyduğu  sərmayə sadəcə iqtisadi maraq deyil, eyni zamanda strateji dəstək və uzunmüddətli tərəfdaşlıq niyyətinin ifadəsidir. Azərbaycan investorlarının Gürcüstanda fəal iştirakı iqtisadi dinamikanın güclənməsinə və ümumi rifahın yüksəlməsinə mühüm töhfə verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
26
olaylar.az

1Источники