RU

Tramp: “O, məni yığanda cavab vermirəm”

Milli.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trump jurnalist Taker Karlson barədə sərt fikirlər səsləndirib.

Milli.Az-ın məlumatına görə, bu barədə açıqlamanı "New York Post" nəşrinin jurnalisti Caitlin Doornbos "X" sosial şəbəkəsində paylaşıb.

Bildirilib ki, Tramp Vaşinqtonun İrana qarşı hərbi addımlarını tənqid edən Karlsonu kəskin şəkildə tənqid edib. ABŞ lideri jurnalistin baş verən proseslərdən xəbərsiz olduğunu iddia edərək onun intellektual səviyyəsini aşağı qiymətləndirib.

Tramp həmçinin qeyd edib ki, Karlsonun tez-tez onunla əlaqə saxlamağa çalışdığını, lakin bu zənglərə cavab vermədiyini deyib.

ABŞ prezidenti əlavə edib ki, o, sözügedən jurnalistlə əməkdaşlıq etmir və yalnız daha savadlı şəxslərlə işləməyə üstünlük verdiyini vurğulayıb.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
news.milli.az

2Источники