RU

“⁠Araz-Naxçıvan”ın legioneri: “Hakim ədalətli deyildi”

“⁠Matça yaxşı başlamışdıq. Baş hakim Fərid Hacıyevin yanlış qərarları var idi. Rəqibin yaxşı komanda olduğunu bilirəm, amma referi heç də ədalətli deyildi”.

Msport.az xəbər verir ki, bunu “⁠Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos “Sabah”a 2:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 26-cı tur matçını şərh edərkən deyib.

29 yaşlı yarımmüdafiəçi oyun boyunca aqressivliyini və sarı vərəqə almasını hakim idarəçiliyi ilə əlaqələndirib: “Nə zaman ki “Qarabağ”a, “Sabah”a, böyük komandalara qarşı oynayırıq, hakimlər onlara tərəf olurlar. İlk hissədə mənə qarşı qayda pozuntusu olur, hakim “foul yoxdur” deyir. Heç vaxt da səhv etdiyini qəbullanaraq üzr də istəmir. Edəcək bir şey yoxdur. Növbəti matça hazırlaşacağıq”.

Təcrübəli oyunçu ilk qola sevindiyi vaxt “Sabah” azarkeşləri ilə yaşadığı münaqişəyə də toxunub: “⁠Mən orada kamera gördüm. Öz sevincimi həyat yoldaşım və oğluma həsr etmişdim. Lakin azarkeşlər bunu yanlış anladılar”.

Qeyd edək ki, Felipe Santos “Sabah”la oyunun 7-ci dəqiqəsində hesabı açıb.

Избранный
18
1
msport.az

2Источники