RU

AQTİ Beynəlxalq Halal Akkreditasiya Konfransında təmsil olunub - FOTOLAR

6–8 aprel tarixlərində Ankara şəhərində Türkiyə Respublikasının Ticarət Nazirliyi və Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən təşkil olunan “I Beynəlxalq Halal Akkreditasiya Konfransı” keçirilib.

"Unikal" xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunu (AQTİ) İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov təmsil edib. Konfrans çərçivəsində halal akkreditasiya sistemlərinin inkişafı, uyğunluğun qiymətləndirilməsi mexanizmləri, beynəlxalq standartların tətbiqi, eləcə də bu sahədə qarşılıqlı tanınma və əməkdaşlıq imkanları müzakirə olunub.

Üç gün davam edən konfransın proqramına uyğun olaraq müxtəlif ölkələrin akkreditasiya qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların ekspertləri və sahə üzrə mütəxəssislər tərəfindən təqdimatlar keçirilib, panel müzakirələri təşkil olunub. Tədbir çərçivəsində halal akkreditasiya sahəsində mövcud çağırışlar, texniki yanaşmalar və gələcək inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

AQTİ nümayəndəsi konfrans müddətində beynəlxalq tərəfdaşlarla görüşlər keçirib, Azərbaycan təcrübəsi və ölkəmizdə halal uyğunluğun qiymətləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib. Eyni zamanda, gələcək əməkdaşlıq imkanları müzakirə olunub və yeni əlaqələrin qurulması istiqamətində addımlar atılıb.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 2024-cü ilin oktyabr ayında Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub. Bu akkreditasiya ölkəmizdə halal uyğunluğun qiymətləndirilməsi sisteminin beynəlxalq tələblərə uyğunluğunu təsdiqləməklə yanaşı, yerli məhsulların ixrac potensialının artırılmasına və qlobal bazarlara çıxış imkanlarının genişlənməsinə töhfə verir.

AQTİ-nin bu kimi beynəlxalq platformalarda fəal iştirakı qurumun institusional potensialının gücləndirilməsi, qabaqcıl təcrübələrin ölkəmizə tətbiqi və halal infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərin davamlılığını təmin edir.

Избранный
27
5
unikal.az

6Источники