RU

Bakı aeroportunda YENİLİK: sərnişinlər üçün rahat imkanlar yaradılır

Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında sərnişin təhlükəsizliyinin daha da gücləndirilməsi və yoxlama prosesinin sürətləndirilməsi məqsədilə yeni nəsil təhlükəsizlik texnologiyaları istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, bu barədə hava limanından bildirilib.
 

Məlumata əsasən, modernizasiya çərçivəsində terminalda həm sərnişinlərin yoxlanılması üçün "Rohde & Schwarz QPS201" millimetr dalğa texnologiyası əsaslı skanerlər, həm də əl yüklərinin yoxlanılması üçün kompüter tomoqrafiyası (CT) əsaslı yeni nəsil baqaj skanerləri quraşdırılıb.


"Rohde & Schwarz QPS201" sistemləri sərnişinlərin uçuş öncəsi yoxlanışının daha sürətli və dəqiq həyata keçirilməsinə imkan yaradır.

Avtomatlaşdırılmış təhlükə aşkarlama funksiyası potensial risklərin müəyyən olunmasını asanlaşdırır və əlavə əl yoxlamalarının sayını azaldır.

Eyni zamanda tətbiq olunan CT texnologiyası əl yüklərinin üçölçülü görüntüləmə əsasında analizini təmin edir.
 

Yeni sistem sayəsində sərnişinlər elektron cihazları və mayeləri əl yüklərindən çıxarmadan təhlükəsizlik yoxlanışından keçə bilirlər ki, bu da yoxlama prosesinin sürətlənməsinə və sərnişin axınının daha səmərəli idarə olunmasına imkan yaradır.


Layihə ACI Europe, ICAO və TSA tərəfindən müəyyən edilmiş beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

Bizim.Media

Избранный
22
4
bizim.media

5Источники