Bakı. Trend:
Şirvan şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Trend-inməlumatına görə, şəhər ərazisində fəaliyyət göstərən restoranlarınbirində qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə Şirvan ŞəhərMərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimallara əsasən, zəhərlənmənin səbəbinin həminşəxslərin restoranda qəbul etdikləri göbələk olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.