RU

Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq xüsisi əhəmiyyət kəsb edir- ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana həyata keçirdiyi dövlət səfəri iki dost və strateji tərəfdaş ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ hesab edilir. Bu səfər, eyni zamanda Cənubi Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Tarixi köklərə əsaslanan Azərbaycan-Gürcüstan münasibətləri bu gün qarşılıqlı etimad, siyasi iradə və ortaq maraqlar əsasında uğurla inkişaf edir. İki qonşu ölkə arasında əlaqələrin bütün sahələrdə inkişafı da məhz bu günkü reallığın təmin edilməsi üçün zəmin yaradıb". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Səfər çərçivəsində Prezident İlham Əliyevin Gürcüstanın ali rəhbərliyi ilə keçirdiyi görüşlərdə ikitərəfli əlaqələrin geniş spektri ətrafında ətraflı fikir mübadiləsi aparılıb: "Bu xüsusda Azərbaycanla Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd olunub. Həmçinin hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəklədikləri vurğulanıb. Eyni zamanda dövlət başçılarının görüşlərində regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyini ön plana çəkilib. Bu mənada birgə səylərin artırılmasının əhəmiyyəti qeyd olunub.

Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq məsələləri xüsusi ilə vurğulanıb və bu amilin regionun iqtisadi xəritəsini dəyişən iri enerji və nəqliyyat layihələrinin dəyişməsi fonunda baş verdiyi diqqətə çatdırlıb. Bu bir reallıqdır ki, mövcud olduğu regionda iqtisadi layihələrin əsas təşəbbüskarı və əsas iştirakçısı, aparıcı qüvvəsi Azərbaycandır. Burada xüsusilə Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin regionun enerji təhlükəsizliyində və tranzit potensialının artırılmasında oynadığı rol yüksək qiymətləndirilir. Bu layihələr sayəsində Azərbaycan və Gürcüstan Avropa ilə Asiya arasında etibarlı körpü rolunu daha da möhkəmləndirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
7
1
olaylar.az

2Источники