RU

Azərbaycanda altı nəfər restoranda ZƏHƏRLƏNDİ

Şirvanda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

“Yeni Sabah” Oxu.Az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən restoranlardan birində baş verib.

Belə ki, həmin iaşə obyektində qidalanan altı nəfərin zəhərlənmə səbəbi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, onların vəziyyəti nəzarət altındadır.

Təfərrüatla bağlı aidiyyəti üzrə sorğu verilib.


Telegram kanalımız
Избранный
8
4
yenisabah.az

10Источники