BAKI, 8 aprel. TELEQRAF
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə bu gün start veriləcək.
Teleqraf xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Portuqaliyanın "Braqa"klubu İspaniya təmsilçisi "Betis"i qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qeyd edək ki, digər qarşılaşmalar aprelin 9-da keçiriləcək.