RU

Direktor baş məşqçi postuna əyləşsə, nə olar?

İki aydır məğlubiyyətlərdən doymayan «Qəbələ» Premyer Liqanın 26-ci həftəsində «bəsdir» söylədi.

11-ci yerdə gedən və I Liqanın ikincisi ilə pley-off oynamaq istəməyən komanda Yevlaxda «Kəpəz»ə 2 cavabsız qolla qalib gəlməklə ümidləndi.

3 xal şirindir və qoruyucu gücə malikdir. Səbuhi Səfiyarlının Kaxaber Sxadadzeni «ipdən aldığını deməliyik. Bu qələbə icraçı direktorundur, baş məşqçi və köməkçiləri gərək sinələrinə döyməsin.

Səfiyarlı oyundan öncəki gün bütün futbolçuları bir yerə yığıb, onlarla geniş söhbət etməsəydi, üzləşdikləri vəziyyətin ciddiliyini anlatmasaydı,

köhnə ssenari yenidən təkrarlanacaqdı. Direktorun hörməti və nüfuzu bu matçın nəticəsində öz əksini tapdı.

Səbuhi Səfiyarlının oyunçulara təsiri 90 dəqiqəyə yayıldı. Sxadadze özünə bir balaca sayğı duyursa, daha media önünə çıxmamalı, əşyalarını toplayıb sakitcə çıxıb getməlidir klubdan.

Onun yoxluğu daha yaxşı təsir eləyər komandaya.

Ciddi deyirəm, Səbuhi Səfiyarlı bu dəqiqədən etibarən baş məşqçi səlahiyyətlərini yerinə yetirməyə başlasa, «Qəbələ» turnir cədvəlinin doqquzuncu pilləsinə qədər rahat irəliləyər.

Gündəlik məşqi özü keçməsə belə, texniki zonada görünməsi kifayətdir ki, futbolçular onun üzünə baxa bilmək üçün hər topun altına başını qoysun.

Dəyər başqa şeydir. Sxadadzedə olmayan Səfiyarlıda var.

MUSA

Избранный
2
sportinfo.az

1Источники