RU

İran müharibə zamanı dəyən zərərin necə kompensasiya ediləcək?

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Fars körfəzi bölgəsindəki münaqişə zamanı İrana dəyən zərərin xüsusi investisiya fondu vasitəsilə kompensasiya olunması planlaşdırılır.

Bakupost.az xəbər verir ki, bu barədə "Fars" agentliyi hökumət nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran tərəfindən təqdim olunan atəşkəs şərtlərində zərərin yaradılacaq investisiya-maliyyə fondu vasitəsilə ödənilməsi nəzərdə tutulur. Fondun idarəetmə strukturu və fəaliyyət mexanizmi ilə bağlı isə hələlik məlumat yoxdur.

Bildirilir ki, Hörmüz boğazından keçən gəmilərdən gələcəkdə alınacaq rüsumların bir hissəsi də münaqişə nəticəsində dağıdılmış obyektlərin bərpasına yönəldiləcək.

Qeyd olunur ki, İranın şərtlərinə əsasən, Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək hüququnun İran və Oman tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
1
www.bakupost.az

2Источники