Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı ağır və amansız müharibə cinayətlərindən biri olan Ağdaban qətliamından 34 il ötür.
Publika.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin X sosial şəbəkə hesabında paylaşdığı məlumatda qeyd olunub.
Bildirilib ki, 1992-ci ildə 130 evdən ibarət Kəlbəcərin Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən tamamilə dağıdılıb, yaşayış məntəqəsi yerlə-yeksan edilib:
"779 nəfər dinc sakin ağır işgəncələrə məruz qalıb, 67 nəfər isə xüsusi qəddarlıqla qətlə yetirilib. Bu faciə Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin acı nümunələrindən biri kimi tarixdə qalır.