RU

ABŞ nin texnologiya nəhəngləri Çin rəqiblərinə qarşı əməkdaşlığa başlayıblar

ain.az, Oxu.az saytına istinadən bildirir.

ABŞ-nin aparıcı texnologiya şirkətləri olan "OpenAI", "Anthropic" və "Google" Çin mənşəli rəqiblərin süni intellekt (AI) modellərindən qanunsuz faydalanmasının qarşısını almaq üçün birgə fəaliyyətə başlayıblar.

Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, şirkətlər məlumat mübadiləsini "Frontier Model Forum" vasitəsilə həyata keçirirlər. 2023-cü ildə "Microsoft" ilə birlikdə yaradılan bu qeyri-kommersiya təşkilatının əsas məqsədi istifadə şərtlərini pozan və "rəqabətli distillasiya" adlanan cəhdləri müəyyən etməkdir.

Məlumata görə, bu nadir əməkdaşlıq ABŞ-nin süni intellekt şirkətlərinin narahatlığının ciddiliyini göstərir. Xüsusilə Çində bəzi istifadəçilərin Amerika texnologiyalarının imitasiyasını yaratdığı, bunun isə qiymətlərin ucuzlaşmasına, müştərilərin itirilməsinə və milli təhlükəsizlik risklərinə səbəb ola biləcəyi vurğulanır.

ABŞ rəsmilərinin qiymətləndirməsinə əsasən, icazəsiz distillasiya Silikon vadisi laboratoriyalarına hər il milyardlarla dollar zərər vurur.

"OpenAI" məlumat mübadiləsində iştirakını təsdiqləyib. Şirkət ABŞ Konqresinə təqdim etdiyi son qeyddə Çinin "DeepSeek" şirkətinin "OpenAI" və digər Amerika laboratoriyalarının hazırladığı texnologiyalardan "sərbəst istifadə etməyə çalışdığı" iddiasına diqqət çəkib.

Digər tərəfdən, "Google", "Anthropic" və "Frontier Model Forum" məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
oxu.az

1Источники