RU

ABŞ hərbçiləri nüvə obyektinə sızmaq istəyib -

ABŞ itkin düşmüş pilotu xilas etmək əməliyyatı zamanı İsfahandakı nüvə obyektlərindən birinə sızmağa cəhd edib. Metbuat.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Bildirilir ki, ABŞ-nin İsfahanda həyata keçirmək istədiyi xüsusi əməliyyat nüvə obyektlərindən birinə sızmaq və hücum etmək məqsədi daşıyıb. İddia edilir ki, ABŞ C-130 nəqliyyat təyyarələrindən birini İsfahandakı nüvə obyektinin yaxınlığındakı tərk edilmiş hava limanına endirib. İran silahlı qüvvələri müdaxilə etməyərək ABŞ əsgərlərini nəzarətdə saxlayıblar. İkinci nəqliyyat təyyarəsi hava limanına yaxınlaşarkən İran silahlı qüvvələri atəş açıb. Bu zaman enərkən uçuş-enmə zolağından çıxan birinci nəqliyyat təyyarəsindəki ABŞ əsgərləri təyyarəni tərk ediblər. İran hərbçiləri onları hədəfə alıb.

Ardınca ABŞ tərəfi hərbçilərini xilas etməyə başlayıb. Həmçinin ABŞ, nəqliyyat təyyarələri də daxil olmaqla bir çox avadanlığın İranın əlinə keçməməsi üçün sıradan çıxarıb.

Избранный
22
metbuat.az

1Источники