RU

Vitinya: “Liverpul”un yaxşı formada olmadığını bilirik”

Idman.biz saytına istinadən ain.az xəbər verir.

PSJ-nin yarımmüdafiəçisi Vitinya Çempionlar Liqasının dörddəbir finalının “Liverpul”a qarşı ilk oyunu ilə bağlı gözləntilərini bölüşüb.

İdman.Biz xəbər verir ki, oyun aprelin 8-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Belə matçlarda favorit yoxdur. “Liverpul” elə “Liverpul”dur. Hazırda ən yaxşı formada olmasalar belə, yenə də əla oyunçuları olan əla komandadırlar. Qarşıda iki vacib oyunumuz var. Səy göstərsək, yaxşı nəticə əldə edə bilərik.

Biz çox diqqətliyik. Onların əla komandası var - onlara qarşı oynamaq həmişə çətindir. Biz çox diqqətli olacağıq”, - Vitinya deyib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
41
icma.az

1Источники