RU

İranın vitse prezidenti: Tehran bütün ssenarilərə hazırdır

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın vitse-prezidenti Rza Aref ABŞ prezidenti Donald Trampın təhdidləri fonunda ölkəsinin bütün ssenarilərə hazır olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

“Hökumət bütün ssenarilərə hazırdır, bütün zəruri tədbirlər görülüb”, - deyə Aref qeyd edib.

Xatırladaq ki, daha əvvəl Donald Tramp İran sivilizasiyasının məhv edilə biləcəyi ilə bağlı hədələr səsləndirib.

Eyni zamanda, İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ni “qırmızı xətlərin” keçilməsi halında ciddi nəticələr barədə xəbərdar edib.

Bundan başqa, Fransa prezidenti Emmanuel Makron Trampın İranla bağlı təhdidlərinə görə Müdafiə Şurasının təcili iclasını çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
1
sherg.az

2Источники