ain.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Cadillac” pilotu Serxio Peres komandanın güclənməsinə baxmayaraq, “Aston Martin”in mövsümə zəif başlamasından təəccübləndiyini etiraf edib.
İdman.Biz bildirir ki, üç yarışdan sonra “Aston Martin” heç bir xal qazanmadan çempionatda sonuncu yerdə yeni “Cadillac” komandası ilə bərabər mövqedədir.
“Düzünü desəm, bunu gözləmirdim. Fernandonun yüksək mövqelər uğrunda mübarizə aparacağına ümid edirdim. “Red Bull”da və “Honda”da birlikdə işlədiyim Edrian Nyui ilə bu layihəyə həqiqətən inanırdım. Amma “Formula-1” bəzən bu kimi sürprizlər yaradır. Əgər Fernando ilə yarışdan yarışa qədər mübarizə aparmalı olsaq, heç olmasa darıxdırıcı olmayacaq və özümüzü əyləndirə bilərik”, - deyə “F1oversteer” Peresdən sitat gətirir.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.