RU

Dəmiryol vağzalallarinda hamamlar olacaq

Bakı. Trend:

Azərbaycanda dəmiryol vağzallarının layihələndirmə normalarıməlum olub.

Trend-inməlumatına görə, yeni normalarda sərnişinlərə xidmət göstərilənzonalara və yerlərə dair tələblər də yer alıb.

Belə ki, layihə tapşırığı üzrə yüksək komfortlu gözləməzallarına (biznes zallara) duş otağı daxil edilə bilər.

Qadınların gigiyenası üçün nəzərdə tutulmuş ayrıca otaq əvəzinəsanitariya qovşağında gigiyenik duş təchiz edilməlidir.

Ana və uşaq üçün nəzərdə tutulan duş otağının sahəsi 5kvadratmetrdən az olmamalıdır.

Ana və uşaq otağının sanitariya qovşağında uşaq duşaltlıqlarının otağın döşəməsindən quraşdırılma hündürlüyü 0,3 metrolmalıdır. Duş başlığının yerləşmə hündürlüyü altlığın dibindən 1,5metr olmalıdır. Elastik şlanqlı duş başlığı tətbiq edilməlidir.

İctimai iaşə obyektləri və duşlar üçün su istehlakı normasıəlavə olaraq nəzərə alınmalıdır.

Məqalədə:
Избранный
24
2
az.trend.az

3Источники