İsrail İranla atəşkəs rejiminə qoşulacaq.
Publika.az xəbər verir ki, bu barədə CNN Ağ Evin bəyanatına istinadla məlumat yayıb.
ABŞ administrasiyası nümayəndəsinin məlumatına görə, yəhudi dövlətinin hakimiyyəti sülh danışıqlarının aparıldığı müddətdə İranın bombalanmasını dayandırmağa razılıq verib.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinin yerinə yetirildiyini bəyan edib. O, həmçinin vurğulayıb ki, İrandakı atəşkəs rejiminə hər iki tərəf riayət edəcək.
Aprelin 8-də Tramp bildirib ki, İslam Respublikası Hörmüz boğazını tamamilə açmağa və bu akvatoriyada gəmilərin hərəkət təhlükəsizliyini təmin etməyə razılıq verib.