RU

İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqi Müşahidə Şurasının birgə iclası keçirilib -FOTO

Aprelin 7-də Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqi (AİH) Müşahidə Şurasının birgə iclası keçirilib.

 

Nazirlər Kabinetindən Senzor.az-a verilən məlumata görə, iclasda Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən neft emalı və neft-kimya ilə bağlı strateji məqsədlər, inkişaf perspektivləri, uzunmüddətli dövrdə neft məhsullarına ölkədaxili tələbatın dayanıqlı təmin edilməsi və digər cari məsələlər ətraflı müzakirə olunub.

 

Gündəlikdə yer alan məsələ ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının üzvləri, AİH-in İdarə Heyətinin sədri və Baş icraçı direktoru iştirak ediblər.

 

İclasın yekununda müvafiq qərarlar qəbul olunaraq AİH-in İdarə Heyətinə, SOCAR-a və aidiyyəti qurumlara tapşırıqlar verilib. 

Избранный
1
24
senzor.az

10Источники