RU

“Sabah” dörd qolla “Araz”ın “suyunu qurutdu” - VİDEO

Azərbaycan Premyer Liqasının XXVI turunda “Araz-Naxçıvan” və “Sabah” komandaları üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutan qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Fərid Hacıyevin idarə etdiyi görüşdə meydan sahiblərinin qollarını Felipe Santos (7-ci dəq), Hamidu Keyta (26) vurublar.

Qonaqların heyətində isə Velko Simiç (13), Coy-Lens Mikels (37, 63) və Kahim Parris (81) fərqləniblər.

Bu nəticədən sonra Valdas Dambrauskasın komandası 63 xalla turnir cədvəlində liderliyini möhkəmləndirib. Andrey Demçenkonun kollektivi isə 38 xalla 6-cı pillədə qərarlaşıb.

"Araz-Naxçıvan" - "Sabah" 2:4

Избранный
43
sportinfo.az

1Источники