RU

Ukrayna açıq-saçıq fotoları yayılan fəxri konsulu geri çağırdı

Ukraynanın Dominikan Respublikasındakı fəxri konsul Viktoriya Yakimova yayılmış fotolarına qarşı mənfi ictimai reaksiyadan sonra geri çağırılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.

Martın 30-da keçmiş model fəxri konsul elan edilib. Ukrayna mediası Yakimovanınaçıq-saçıq şəkillərini yayıb. Nazirlikdən Ukrinform-a verilən məlumata görə, mediada dərc olunan materiallara qarşı güclü və mənfi ictimai reaksiyanı nəzərə alıb. Xarici İşlər Nazirliyi bütün halları əlavə olaraq araşdırıb.

Xarici İşlər Nazirliyi həmçinin Yakimovanı fəxri konsul vəzifəsinə seçən Ukraynanın Kubadakı səfirini Kiyevə qaytarmaq qərarına gəlib. Nazirlik əlavə edib ki, Ukraynanın Kubadakı səfirinin paytaxta qaytarılması barədə qərar artıq qəbul edilib və mərkəzi ofisdə müvafiq kadr dəyişiklikləri edilib. 

Elvin

Ölkə.az

Избранный
18
42
olke.az

10Источники