ABŞ Hərbi Hava Qüvvələrinin 8 yanacaqdolduran təyyarəsi Yaxın Şərqdə havaya qalxıb.
İnterpress.az xəbər verir ki, bu barədə “xarici KİV” məlumat yayıb.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın İrana verdiyi ultimatumun başa çatmasına üç saat qalmış Yaxın Şərq regionunda hərbi hərəkətlilik müşahidə olunub. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 8 ədəd yanacaqdolduran təyyarə havaya qaldırılıb.
Hərbi ekspertlər bu addımı hərbi aviasiyanın uzunmüddətli uçuşlara və mümkün genişmiqyaslı əməliyyatlara hazırlığı kimi qiymətləndirirlər.
Xuraman Etibarlı
İnterpress.az