Bakı. Trend:
ABŞ hazırda İranla bağlı gərgin danışıqlar aparır.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp"Fox News"a müsahibəsində deyib.
"Hazırda qızğın danışıqlar aparırıq", - deyə o bildirib.
ABŞ administrasiyasının rəhbəri bu danışıqların gedişatı iləbağlı şərh verməkdən imtina edib.
Ağ Ev rəhbəri əlavə edib ki, yaxın gələcəkdə Pakistanın təklifiilə bağlı brifinqin keçirilməsini gözləyir.