RU

Tehran Pakistandan gələn çağırışı müzakirə edir: 2 həftəlik atəşkəs gündəmdə

İranın yüksək vəzifəli rəsmisi Tehranın Pakistanın iki həftəlik atəşkəs təşəbbüsünə müsbət yanaşdığını bildirib.

Musavat.com xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, rəsmi Tehran bu təklifi regionda gərginliyin azaldılması və diplomatik proseslərə vaxt qazandırılması baxımından dəyərləndirir.

Pakistan tərəfi daha əvvəl bütün tərəfləri müvəqqəti atəşkəsə riayət etməyə və danışıqlara şərait yaratmağa çağırmışdı.

Qeyd olunur ki, mümkün 14 günlük fasilə tərəflər arasında dialoqun bərpası üçün “pəncərə” rolunu oynaya bilər. Bununla belə, yekun qərarın hələ verilmədiyi və prosesin diplomatik kanallar vasitəsilə davam etdiyi bildirilir.

Musavat.com

Избранный
41
musavat.com

1Источники