RU

14 milyon iranlı elektrik stansiyalarının ətrafında... 

Dövlət mediasının yayımladığı görüntülərə görə, ABŞ prezidenti Donald Trampın  ölkənin enerji infrastrukturuna zərbə endirməklə hədələməsindən sonra iranlılar elektrik stansiyalarının ətrafında insan zəncirləri qurublar.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, ABŞ prezidenti Hörmüz boğazının yenidən açılması ilə bağlı Tehranla razılığa gəlmək üçün vaxt verib, lakin bu, baş vermədikdə ölkədəki vacib infrastrukturu hədəf alacağı ilə hədələyib. Ağ Ev rəhbəri  özünün “Truth Social” platformasında paylaşdığı mesajda tonunu daha da sərtləşdirib: “Bu gecə bütün bir sivilizasiya öləcək. Mən bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək”.

Hətta çərşənbə axşamı İran ərazisinə bir neçə zərbə endirildiyi bildirilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, iki körpü vurulub. Mehr xəbər agentliyinin məlumatına görə, hücumlar həmçinin İran neft sənayesi üçün əsas yer olan Xarq adasını da hədəfə alıb. Amerika media orqanları isə öz növbəsində yalnız hərbi hədəflərə hücum edildiyini iddia edirlər.

İran parlamentinin spikeri,  müharibənin əvvəlində ali lider Əli Xameneinin ölümündən sonra bəziləri tərəfindən ölkənin faktiki lideri hesab edilən Məhəmməd Bağır Qalibaf insan zəncirlərinin qeydiyyat sisteminin görüntüsünü yayımlayıb. Öz adını qeydiyyatdan keçirdiyini bildirərək əlavə edib: « Məhəmməd Bağır Qalibaf İran üçün canını fəda etməyə hazırdır » .

Prezident Məsud Pezeşkian isə bildirib ki, indiyə qədər 14 milyondan çox qürurlu iranlı İranı müdafiə etmək üçün canını fəda etmək üçün qeydiyyatdan keçib. Mən də İran üçün canımı verməyə hazır olmuşam, hazıram və hazır olacağam”.

Aydın Baxış

Избранный
22
bakivaxti.az

1Источники