RU

Bakıda cəzaçəkmə müəssisəsində YANĞIN – General hadisə yerinə getdi – YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bu gün saat 17:10 radələrində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisədən sonra Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov, Ədliyyə nazirliyinin və Penitensiar xidmətin yüksək vəzifəli şəxsləri yanğın baş verən cəzaçəkmə müəssisəsinə gəliblər. Onlar yanğın baş verən əraziyə baxış keçiriblər. Xidmət rəisi təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, məhkum və şəxsi heyətin təhlükəsizliyinin tam təmin olunması istiqamətində tapşırıqlar verib.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır./manset.az/

***

Bu gün saat 17:10-da Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, məhkum və şəxsi heyətin təhlükəsizliyinin tam təmin olunması istiqamətində zəruri addımlar atılır.

Избранный
21
24
nocomment.az

10Источники