RU

Millimiz Moldovanı darmadağın edib

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununa çıxıb.

Apasport.az xəbər verir ki, millimiz Alanya Bələdiyəspor çimərlik stadionunda növbəti dəfə Moldova yığması ilə qarşılaşıb.

Görüş komandamızın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev və Sabir Allahquliyev hərəyə 2, Kamran Qürbətov, Elçin Qasımov və Sahib Məmmədov isə 1 qol vurublar.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda millimiz 8:5 hesablı qələbə qazanıb.

Ayxan Abbasov: “Növbəti oyun üçün gərək 11 nəfər tapaq”

“Şamaxı” “Zirə” səfərindən bir xalla qayıdır - YENİLƏNİB

II Liqa: “Xankəndi” və “Qaradağ Lökbatan”dan darmadağın

Jorj Kaşkilya: “Qalib gəlməyə layiq idik”

Tovuz şəhər stadionunun qazonu təftiş edilib

Избранный
16
1
apasport.az

2Источники