Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniyanın Esseks qraflığındakı bir çimərlikdə Birinci Dünya müharibəsi dövründə məşhur olan toplarda istifadə edilən mərmi tapılıb.
Hafta.az bildirir ki, bu barədə “Need To Know” nəşri yazıb.
Tapıntını sahildə balıq yemi axtaran balıqçı aşkar edib. O, şübhəli mərmini tapdıqdan sonra bu barədə sahil mühafizəsinə məlumat verib. Çimərlik mühasirəyə alınıb. Partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə mütəxəssislər hadisə yerinə gəliblər.
Mərminin zərərsiz olduğu ortaya çıxdı. Onun qoruyucusu olmayıb.