RU

Türkiyənin vitse prezidenti: Türkiyənin sabitliyinin qəsdinə duranlar var

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Türkiyənin sabitliyinin qəsdinə duranlar var”.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz TRT kanalına müsahibəsi zamanı səsləndirib.

Onun sözlərinə görə, müharibələrin davam etdiyi dövrdə Türkiyədəki sabitlik kimlərinsə mənafeyinə uyğun gəlmir.

Cevdet Yılmaz vurğulayıb ki, Türkiyənin sabitliyinin qəsdinə duranlar heç vaxt uğur qazana bilməyəcəklər.

“Regionumuzda məlum olduğu kimi geosiyasi gərginliklərin artdığı, müharibənin yaşandığı bir dövrdəyik. Ətrafımıza baxdıqda Rusiya-Ukrayna müharibəsindən tutmuş Yaxın Şərqdəki hadisələrə qədər sanki ətrafımız bir od halqasıdır. Amma Türkiyə sabit bir ölkədir, təhlükəsiz bir limandır. Buna xələl yetirməyə çalışanlar var. Türkiyənin sabitliyinin qəsdinə duranlar var. Lakin bunlar indiyə qədər heç vaxt uğur qazana bilməyiblər və bundan sonra da qazana bilməyəcəklər. Terror aktını həyata keçirənlər qədər onun arxa planında duranları da, əlbəttə ki, diqqətlə təhlil etmək, müzakirə etmək lazımdır”, - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
2
apa.az

3Источники