RU

“Sabah” “Araz Naxçıvan”la oyunda da büdrəmədi

Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulub.

Msport.az xəbər verir ki, sonuncu – 3-cü oyun günündə 3 matç keçirilib.

“İmişli” “Turan Tovuz”u qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Günün ikinci qarşılaşmasında “Şamaxı” “Zirə”nin qonağı olub. “Zirə” hesabda öndə olsa da, “Şamaxı” azlıqda ola-ola son dəqiqə qolu ilə hesabı bərabərləşdirib – 1:1.

Turun son qarşılaşmasında isə “Sabah” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Naxçıvan təmsilçisi 2:1 hesabı ilə öndə olsa da, oyundan məğlub ayrılıb – 2:4.

7 aprel (çərşənbə axşamı) 

19:30. “Araz-Naxçıvan” – “Sabah” – 2:4

Qollar: Felipe Santos, 7 (1:0), Velko Simiç, 13 (1:1), Hamidu Keyta, 26 (2:1), Coy Lens Mikels, 37-pen. (2:2), Coy Lens Mikels, 63-pen. (2:3), Kahim Parris, 82 (2:4)
“Liv Bona Dea Arena”

17:15. “Zirə” – “Şamaxı” – 1:1

Qol: Leroy Mikels, 69 (1:0), Edqar Adilxanov, 90+2(1:1)
Zirə İdman Kompleksinin stadionu

15:00. “İmişli” – “Turan Tovuz” – 1:1 

Qollar: D.Kardozu, 45 (1:0),  Mark Rene Mampassi, 53 (1:1)
Quba OİK stadionu

5 aprel (bazar)

“Kəpəz” – “Qəbələ” – 0:2

“Sumqayıt” – “Neftçi” – 1:3

6 aprel (bazar ertəsi)

“Qarabağ” – “Karvan-Yevlax” – 7:0

Избранный
15
9
msport.az

10Источники