Dağıstan növbəti əlverişsiz hava dalğasına və onun fəsadlarına hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə region rəhbəri Sergey Məlikov Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən müşavirədə məlumat verib.
O izah edib ki, regionda vəziyyət mürəkkəb olaraq qalır, yaxın günlər üçün nəzərdə tutulan qeyri-sabit hava proqnozu isə hakimiyyəti ən müxtəlif ssenarilərə hazır olmağa vadar edir.
"Əlverişsiz hava şəraiti nəticəsində yarana biləcək vəziyyətə, o cümlədən vətəndaşlara lazımi dəstək tədbirlərinin göstərilməsinə hazırlaşırıq. Bunu ilk iki hadisə zamanı olduğu kimi operativ şəkildə həyata keçirməyi planlaşdırırıq", — deyə o bildirib.