RU

Azərbaycanda bankdan kənara köçürmələrin həcmi artıb

Bakı. Trend:

Bu ilin fevral ayında Azərbaycanda sürətli pul köçürməsistemləri vasitəsilə bankdan kənara köçürmələrin həcmi 38,9 milyonmanat (63,7 min əməliyyat) təşkil edib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin fevral ayı ilə müqayisədəəməliyyatların sayı 22,8 min və ya 26,4% azalıb, köçürmələrin həcmiisə 1,8 milyon manat və ya 4,9% artıb.

Hesabat dövründə bir köçürmənin orta məbləği 611,2 manat təşkiledib ki, bu da 2025-ci ilin fevral ayı göstəricisi ilə müqayisədə182,6 manat və ya 42,6% çoxdur.

Qeyd edək ki, fevral ayının sonuna olan vəziyyətə görə banksistemləri və “Azərpoçt” MMC-də dövriyyədə olan ödəniş kartlarınınsayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 minkarta çatıb.Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 10%artıb.

Избранный
31
az.trend.az

1Источники