RU

Azərbaycan Basketbol Liqasının pley-offun bütün cütləri bəlli olub

Bakı 7 aprel, AZƏRTAC

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “pley-in” mərhələsində “Sumqayıt” öz meydanında NTD ilə qarşılaşıb. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən görüşdə qonaqlar 95:88 hesabı ilə qalib gəliblər.

Xatırladaq ki, ilk oyunda da NTD üstün olmuşdu – 121:107. Bu iki qələbə sayəsində komanda növbəti mərhələyə adlayıb.

Bundan əvvəl “Naxçıvan”, “Şəki” və “Gəncə” komandaları da pley-offa yüksəlmişdilər.

Beləliklə, pley-off mərhələsində aşağıdakı cütlüklər mübarizə aparacaq:

“Sabah” – “Naxçıvan”

“Abşeron Lions” – “Şəki”

“Neftçi” – NTD

“Ordu” – “Gəncə”

Избранный
34
3
azertag.az

4Источники