RU

Azərbaycanın Banklararası Kart Mərkəzi vasitəsilə ABŞ dolları ilə aparılmış əməliyyatların həcmi açıqlandı

Bakı, TurkicWorld

Cari ilin 1 mart tarixinə olan məlumata görə, Banklararası Kart Mərkəzi vasitəsilə 22,9 min ədəd ödəniş əməliyyatı həyata keçirilib və bu əməliyyatların ümumi məbləği 5,1 milyon ABŞ dolları təşkil edib.

Bu barədə TurkicWorld-ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 1,7 min ədəd və ya 6,9% azalıb, məbləğ isə 1 milyon ABŞ dolları və ya 1,4% azalıb.

Ötən ilin 1 mart tarixinə Banklararası Kart Mərkəzi vasitəsilə 24,6 min ədəd ödəniş əməliyyatı həyata keçirilmiş və onların ümumi məbləği 6,1 milyon ABŞ dolları olmuşdur.

Qeyd edək ki, Banklararası Kart Mərkəzi bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ emalını təmin edən, yəni banklar arasında ödənişlərin düzgün ötürülməsini və yekunlaşdırılmasını həyata keçirən texnoloji və maliyyə infrastrukturudur.

Bildirək ki, Banklararası Kart Mərkəzi bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ emalını təmin edən, yəni banklar arasında ödənişlərin düzgün ötürülməsini və yekunlaşdırılmasını həyata keçirən texnoloji və maliyyə infrastrukturudur.

Избранный
12
1
turkic.world

2Источники