RU

“Arsenal” və “Yuventus”un sabiq futbolçusu karyerasını başa vurub

İngiltərənin “Arsenal” klubunun və Uels millisinin sabiq yarımmüdafiəçisi Aaron Remzi futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

 90deqiqe.Az-ın məlumatına görə, 35 yaşlı oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, bu qərarı vermək onun üçün asan olmayıb və uzun müddət düşündükdən sonra belə bir addım atıb.

Qeyd edək ki, Aaron Remzi karyerası ərzində “Arsenal”, “Nottinqem Forest”, “Yuventus”, “Reyncers”, “Nitsa” və “Kardiff Siti” klublarında çıxış edib.

Uels millisində 86 oyuna çıxan yarımmüdafiəçi 21 qola imza atıb.

Избранный
17
90deqiqe.az

1Источники