RU

"4-5 qolla qələbə qazanmalı olduğumuz oyunda xal itirdik" - "Zirə"nin məşqçisi

Misli premyer-liqasının 26-cı turunda “Zirə” “Şamaxı” ilə heç-heçə etdi - 1:1.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında “Zirə”nin məşqçisi Vüqar Məmməd media önünə çıxdı.

- Komandamız çoxsaylı epizodlarla üstünlük yaratmışdı. "Qırmızı"dan əvvəl və sonra dominantlıq edirdik. 4-5 qolla qələbə qazanmalı olduğumuz oyunda xal itirdik. Təəssüf...

- Epizodları çox qaçırdız…
- Bəli, Papunaşvili, Volkov, Cibrila çox epizodlar qaçırdı. Bu futboldu, olur.

- “Neftçi” ilə xal fərqi 3-ə düşüb. Bu komandada psixoloji gərginlik yaradacaq?
- Biz oyundan-oyuna hazırlaşırıq. Hər oyuna maksimum köklənirik. Kubok, çempionat fərqi yoxdu.

- Kuboka görə çempionatı qurban verə bilərsiz?
- Deməzdim. Hər oyuna hazırlaşırıq. Kubokda da 4 komanda var, çempionatda da “dördlük"dəyik.

Избранный
32
football-plus.az

1Источники