RU

“Qarabağ”a qarşı 11 nəfər kim oynayacaq?” - Ayxan Abbasov

Misli premyer-liqasının 26-cı turunda “Şamaxı” “Zirə”dən xal almağı bacardı - 1:1.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavabladı.

- Maraqlı və gərgin oyun oldu. Balau ilk yarıda təəssüf ki, şansdan yararlana bilmədi. İkinci hissənin əvvəlində "qırmızı" almağımız işimizi çətinləşdirdi. Qol buraxandan sonra da komanda dağılmadı. Əvvəl qol buraxandan sonra dağılırdıq. Bu mövsüm “Şamaxı” boyundan yuxarı tullandı. İstəyimizin sona qədər mübarizə aparmaqdı.

- Balau "qırmızı" alanda ona çox əsəbiləşdiz…
- İlk yarıda da belə səhv edirdi. Açıq ayaqla getdi. Dəymişdi ayağına. Biz irəli oynamaq istəyirdik. Mən də, Rossi də "sarı" aldıq. Fikirləşirik ki, “Qarabağ”a qarşı 11 nəfər kim oynayacaq?

MÜZƏFFƏR QULUZADƏ

Избранный
17
1
football-plus.az

2Источники