RU

Arxiv sənədlərinin bərpası ilə bağlı texnologiyaların AMEA nın Elmi irs şöbəsində tətbiqi perspektivləri dəyərləndirilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, AMEA Rəyasət Heyəti Aparatının Elmi irs şöbəsinin baş mütəxəssisi Ramin Həsənov və MEK-in əməkdaşları Türkiyədə Rami Kitabxanasında keçirilən III Beynəlxalq Kitabxana və Texnologiya Festivalında iştirak ediblər.

Elmi irs şöbəsinin əməkdaşı kitabxana və arxivlərdə süni intellekt və müasir informasiya texnologiyalarına əsaslanan rəqəmsal innovasiyaların tətbiqi və perspektivləri barədə festivalın panel iclaslarında təşkil olunan müzakirələrdə iştirak edib. Tədbir çərçivəsində kitab, arxiv sənədləri, müxtəlif materialların mühafizəsi üçün önəmli hesab olunan dezinfeksiya və klimat-kontrol, həmçinin arxiv sənədlərinin bərpası ilə bağlı texnologiyaların Elmi irs şöbəsində tətbiqi perspektivləri dəyərləndirilib.

Bu barədə AZƏRTAC-a AMEA-nın Elmi irs şöbəsindən məlumat verilib.

AMEA-nın Elmi irs şöbəsinin baş mütəxəssisi Ramin Həsənov və MEK-in əməkdaşları Türkiyə Respublikası İstanbul Universitetinin Nadir Kitablar və Əlyazmaların Bərpası Mərkəzinin, həmçinin İstanbulun ən böyük Rami Kitabxanasının fəaliyyəti ilə tanış olaraq orada tətbiq edilən ən son texnoloji qurğuların iş prinsipləri barədə məlumatlandırılıblar. Qeyd edək ki, Rami Kitabxanası Türkiyənin ilk “Biosfer Dayanıqlı Muzey Sertifikatı”na malikdir.

Həmçinin səfər zamanı MEK-in direktoru Hüseyn Hüseynov və Elmi irs şöbəsinin baş mütəxəssisi Ramin Həsənov Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, adıçəkilən qurumun Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Bəyoğlu, Rami Kitabxanasının rəhbəri Əli Çelik, eləcə də aparıcı kitabxana rəhbərləri ilə baş tutan işgüzar görüşə qatılıblar.

Kitabxanalar və arxivlər arasında əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
azertag.az

1Источники