RU

BƏƏ bir ballistik raket və 11 PUA hücumuna məruz qalıb

Qahirə, 6 aprel, AZƏRTAC

Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana məxsus bir ballistik raket və 11 pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alınıb.

AZƏRTAC BƏƏ-nin Müdafiə Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, hücumlar zamanı ölən və xəsarət alan olmayıb.

BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri İran ətrafında hərbi əməliyyatlar başlanandan bəri 520 ballistik raket, 26 qanadlı raket və 2221 PUA hücumlarına qarşı mübarizə aparıb.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Избранный
34
2
azertag.az

3Источники