RU

Qvardiola hansı qərarı verəcək?

Xosep Qvardiola məşqçilik karyerasında qərar vermək ərəfəsindədi.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi klubdakı gələcəyi ilə bağlı yekun qərarını verməyə tələsmir. “Goal” nəşrinin yaydığı məlumata görə, ispaniyalı mütəxəssis komandanı çalışdırmağa davam edib-etməyəcəyinə hələ tam aydınlıq gətirməyib.

Qvardiolanın mart ayında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı qərarını rəhbərliyə bildirəcəyi gözlənilsə də, bu baş verməyib. Beləliklə, təcrübəli məşqçi gələcəyi ilə bağlı seçimini mövsümün sonuna qədər təxirə salıb.

Qvardiolanın MS-yə təxminən10 il əvvəl təyin olunub. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Избранный
39
football-plus.az

1Источники