RU

Tovuzda qaçırılan 19 yaşlı qızın nənəsi: “Valideynləri razı deyildilər”

Tovuzda qaçırılan qızın nənəsi və oğlanın atası açıqlamalar veriblər.

KONKRET.az xəbər verir ki, qaçırılan qızın nənəsi Elminaz Cəfərova “Teleqraf”a bildirib ki, nəvəsi qaçmağa razılıq verməyib:

“Bir-birilərini yeni tanımışdılar. Qız razılıq verməyib, oğlan zorla qaçırıb. Qızın valideynləri də razı deyildilər. Qız bizə qonaq gəlib-gedirdi”.

Oğlanın atası Cəlal Məmmədov isə bildirib ki, hər ikisi bir-birilərini seviblər: “Birlikdə şəkilləri var. Qızı tort almaq adı ilə aparıb. Bizdə qız qaçırmaq adəti var”.\\Oxu.Az

Избранный
2
4
konkret.az

5Источники