RU

Tovuzun bir hissəsində qaz təchizatında fasilə yaranacaq

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tovuz şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə XQ-yə “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, Şəmkir RQİİ-nin Tovuz Xidmət Sahəsi tərəfindən Tovuz rayonu Tovuz AQPS-dən qidalanan orta təzyiqli, diametri 108 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması, yeni abonentlərin şəbəkəyə qoşulması, eləcə də cari təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 08.04.2026-cı il tarixində saat 09:30-dan etibarən qaz verilişi müvəqqəti dayandırılacaq.

Məlumata görə, işlər başa çatanadək şəhərin bir hissəsində, ümumilikdə 3000 abonentin qaz təminatında fasilə yaranacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
2
xalqqazeti.az

9Источники