RU

Alen Simonyan Matviyenko ilə danışdı

Bakı. Trend:

Ermənistan Respublikası Parlamentinin spikeri Alen SimonyanRusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədriValentina Matviyenko ilə telefon danışığı aparıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sədrlər Ermənistan-Rusiya münasibətlərinə,həmçinin MDB Parlamentlərarası Assambleyası çərçivəsində və digərplatformalarda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsiaparıblar.

Həmçinin Valentina Matviyenkonun Ermənistana planlaşdırılanrəsmi səfərinin təşkilati məsələləri də müzakirə olunub.

Избранный
8
1
az.trend.az

2Источники